BİKƏMÜ ZİYAD

f. və ə. 1) nə az, nə çox; 2) düz filan qədər; 3) tam, bütöv.

BİKƏMÜ KAST
BİKƏNAR
OBASTAN VİKİ
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur.Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür. Qanlı 20 Yanvar hadisələrinə həsr etdiyi, lakin səslənməsinə qadağa qoyulan “Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!” radio verilişinin mətni “Şahidlər” kitabına daxil edilmişdir.
Aşıq Ziyad
Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq. == Həyatı == Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.30 iyun 1942-ci ildə Ukraynanın Sevastopol rayonu ərazisində əsir düşmüşdür.
Ziyad Abbasov
Abbasov Ziyad Mehralı oğlu (10 oktyabr 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü. == Həyatı == Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958–1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı Azərbaycan Aqrar Universiteti-ADAU) mexanikləşdirmə fakültəsində təhsil almışdır. 18 dekabr 1965-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007–2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri vəzifəsində çalışır. 1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z.Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ-nin "ВНЕШТЕХНИКА" Birliyin tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır. Z.Abbasovun elmi rəhbərliyi altında 1974–1994-cü illərdə ixtira və patentlər səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) nümayiş etdirilərək sərgilərin iki qızıl, iki bürünc medallarına və birinci dərəcə diplomlarına layiq görülmüşdür. == Nailiyyətləri == Z.M.Abbasov 200-dən çox elmi əsərlərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir. Ziyad Abbasovun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilərək yayılmışdır.Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır. Onun elmi-pedaqoji fəaliyyəti dəfələrlə dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.
Ziyad Həmidov
Ziyad Həmidov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Həmidov Ziyad Rahil oğlu 1974-cü il aprel ayinin 18-i Salyan rayonu Çuxanli kəndində dünyaya göz açib. Birinci Qarabağ döyüşlerinin qizğin bir vaxtinda əsgəri xidmətə yola düşüb. Ağdərə istiqametində döyüşlərdə iştirak edib. 1992-ci il 20-i noyabrda Sərsəng su anbarinin sağ sahilinin müdafiəsi zamani Şəhadətə yüksəlib. Şəhadetindən sonra Salyan rayonu Çuxanli kənd orta məktebinə şəhidin adi verilmişdir.
Ziyad Mehdiyev
Mehdiyev Ziyad Mirzə oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehdiyev Ziyad Mirzə oğlu İsmayıllı rayonu Ağbulaq (İsmayıllı) kəndində anadan olub. Ağdam Kənd Təsərrüfatı Texnikomunun aqronomluq fakültəsini bitirib 1993-cü il dekabrın 31-də Ağdamın Salahlı Kəngərli kəndi uğrunda gedən ağır döyüşdəZiyad mərmi qəlpəsindən şəhid oldu == Təltifləri == 17 sentyabr 1996 cı ildə İsmayıllı rayonu Ağbulaq (İsmayıllı) kəndi tam orta məktəbi Ziyad Mehdiyev adını daşıyır.
Ziyad Muradov
Ziyad Muradxan oğlu Muradov ( 3 fevral 1991 ci il Füzuli rayonu-20 oktyabır 2020 ci il Füzuli rayonu ) Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.Muradov Ziyad 1991 ci il fevral ayının 3-ü Füzuli rayonun Arış kəndində dünyaya göz açıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov oktyabrın 20 sin də Füzuli uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən ağır zərbə alaraq şəhidlik zirvəsinə ucalmışdır. Zabratda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyad Səmədzadə
Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı və fəaliyyəti == Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildə ona professor adı verilir. 1976–1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978–82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. 1980-ci ildə Z. Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur. Z. Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.
Ziyad Zərbaliyev
Ziyad Nəriman oğlu Zərbaliyev (19 may 2002; Şamaxı rayonu , Azərbaycan — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyad Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ziyad Zərbaliyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyad balığı
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Ziyad Əmrahov
Ziyad Əmrahov (24 iyun 1980, Mingəçevir) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi == Həyatı == Əmrahov Ziyad Cümşüd oğlu 24 iyun 1980-ci ildə Mingəçevir şəhərində anadan olub. Sonralar ailəsi ilə birlikdə Ağcabədi şəhərinə köçüb. == Təhsili == 1997-ci ildə Ağcabədi şəhərində 3 saylı orta məktəbi bitirib.1999—2003-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr (tədqiqat mövzusu -“Azərbaycan Xalq Cümhuriyyəti-Osmanlı münasibətlərinin tarixşünaslığı (Çağdaş dövr)”, 2003—2005-ci illərdə Tarix fakültəsinin magistr pilləsində təhsil alıb (tədqiqat mövzusu-“Osmanlı İdarəçiliyində ermənilərin fəaliyyəti tarixi tədqiqatlarda”). 2007-ci ildə həmin universitetin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın aspiranturasına qəbul olub,2010-ci ildə "Osmanlı ərazisində “erməni məsələsi”nin meydana çıxması Türkiyə tarixşünaslığında” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfədoktoru elmi dərəcəsini almışdır == Fəaliyyəti == 2005-ci il avqust ayının 11-dən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Beynəlxalq Əlaqələr Şöbəsi” ndə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.Bununla yanaşı, 2007-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın saathesabı qaydada müəllimi kimi çalışıb.“Azərbaycanın tarixi coğrafiyası” fənnindən mühazirə, Mənbəşünaslıq və Tarixşünaslıq fənlərindən isə məşğələlər aparmışdır.2016-2019-cu illərdə Xəzər Universitetində müəllim, 2019-cu ildən ADBİA-da müəllim kimi çalışmışdır. 2012—2013-cü illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin dəvəti ilə Başbakanlık Osmanlı Arxivində araşdırmaçı kimi çalışmışdır 2016-cı ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq şöbəsi”nin müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildən isə həmin institutda Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.2017-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri işləmişdir , 2022-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutnda “Şimali Azərbaycanın 19-20-ci əsrin əvvələri tarixi şöbəsi”nin aparıcı elmi işçisi olmuş,hazırda həmin institutun "Qərbi Azərbaycan tarixi " şöbəsinin aparıcı elmi işçisidir. == Beynəlxalq konfranslarda iştirakı == 2006-cı il oktyabrın 6—12-si Fransanın Strasburq şəhərində “Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” nin Daimi Komitəsinin 41-ci sessiyasında Şuranın Beynəlxalq Əlaqələr Şöbəsindən ekspert kimi 2006-cı il dekabrın 12—16-sı arasında Türkiyənin paytaxtı Ankarada təşkil olunmuş “Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” nin ekspertlər qrupunun iclasında Azərbaycanlı nümayəndə heyətinin tərkibində iştirak edib. The conference on “Human Rights and Gender Equality” organized by UN Association of Georgia, 1—8 July, 2012 As an expert in the meeting “Azerbaijan-Europe: Forum on inter-cultures dialogue” held in Brussels on 15—18 March in 2011 == Əsərləri == Kitabları 1.Osmanlı imperiyasında “erməni məsələsi” problemi. Bakı: Elm və Təhsil, 2017, 272 s. 2.The sources of the Azerbaijan history. Baku, Khazar University publising, 2017, 127 p.
Tariq İbn Ziyad
Tariq İbn Ziyad(طارق بن زياد) — Əməvilərin Əlcəzair bərbəri mənşəli müsəlman sərkərdəsi. 711–718-ci illərdə İspaniyada vesqotlara qarşı mübarizə aparmış və İspaniyanı fəth etmişdir. == Bioqrafiyası == 670-ci ildə İranda doğulmuşdur. Ərəblərin Şimali Afrikanı fəthi sırasında Musa İbn Nusayrın ordusunda idi. Xəlifə 711-ci ildə Tariq İbn Ziyad Mardanşahı 7000 nəfərlik ordu ilə İspaniyanı fəth üçün göndərir. Müsəlmanlar İspaniya sahillərinə çıxan kimi Tariq İbn Ziyadın əmriylə bütün gəmilər yandırılır. Tezliklə Tariq Vestqot hökmdarı Roderikin böyük ordusunu Quadalete ətrafında darmadağın edir.
Übeydulla ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı fars cariyəsi idi. Ziyad, I Xəlifə Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı fars cariyəsi idi. Ziyad, I Xəlifə Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Ziyad Hemidov Rahil oglu
Ziyad Həmidov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Həmidov Ziyad Rahil oğlu 1974-cü il aprel ayinin 18-i Salyan rayonu Çuxanli kəndində dünyaya göz açib. Birinci Qarabağ döyüşlerinin qizğin bir vaxtinda əsgəri xidmətə yola düşüb. Ağdərə istiqametində döyüşlərdə iştirak edib. 1992-ci il 20-i noyabrda Sərsəng su anbarinin sağ sahilinin müdafiəsi zamani Şəhadətə yüksəlib. Şəhadetindən sonra Salyan rayonu Çuxanli kənd orta məktebinə şəhidin adi verilmişdir.
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
диле́мма доню́хать ни с того́ ни с сего́ овсы́ поброди́ть поддо́бриться подсевно́й растряса́ние спондилёз экстракти́вность антикоррозио́нный безысхо́дно обто́чный сла́бенький буткать перевора чередить generalism helminthagogic inseparability nomothetic зона изумляться напасать придыхание